"Araz" UEFA kubokuna qələbə ilə başladı

Futbol 11.10.2017 23:12
"Araz" UEFA kubokuna qələbə ilə başladı
481 Dəfə oxunub
Bu gün futzal üzrə Azərbaycan çempionu "Araz" UEFA kubokunun əsas mərhələsində mübarizəyə start verib.

"Araz”ın yer aldığı 8-ci qrupun oyunları Rumıniyada keçirilib. Joze Alessionun komandası ilk görüşünü Bosniya və Herseqovinanın "Mostar"a qarşı keçirib və 5:2 hesabı ilə qalib gəlib.

"Araz” qrupda növbəti oyunlarını 12 və 14 oktyabrda keçirəcək. Təmsilçimiz müvafiq olaraq "Sent Endryus" (Malta) və "Deva" (Rumıniya) ilə üz-üzə gələcək. Qeyd edək ki, yalnız qrup qalibi Elit raunda vəsiqə qazanacaq.

Futzal üzrə UEFA kuboku

Əsas mərhələ, B yolu

8-ci qrup

I tur, 11 oktyabr

"Araz" (Azərbaycan) – "Mostar" (Bosniya və Herseqovina) - 5:2
Qollar: Bolinya, 1; Xətai Bağırov, 16; Maykon da Silva, 20; 26; İsa Atayev, 21 - Veşiç, 15, Alaziç, 35