Vitali Kliçko Şevçenkoya niyə kömək edə bilmədi?

Futbol 12.10.2017 11:39
Vitali Kliçko Şevçenkoya niyə kömək edə bilmədi?
461 Dəfə oxunub
Boks dünyasına adını qızıl hərflərlə yazdırmış ukraynalı peşəkar rinq ustası Vitali Kliçko jurnalistlərə müsahibəsində maraqlı açıqlama ilə diqqət çəkib: "Xorvatiya ilə oyundan öncə, millimizin baş məşqçisi Andrey Şevçenko məni komandanın paltardəyişmə otağına dəvət etdi. O məndən xahiş etdi ki, futbolçuları oyuna kökləyim, onları təlimatlandırım. Tam ciddi deyirəm, bunu etmədiyim üçün təəssüflənirəm. Nəticənin belə olacağını əvvəlcədən bilsəydim, onların meydanda daha aqressiv oynaması üçün lazımi sözlər deyərdim".

Xatırladaq ki, dünya çempionatının seçmə mərhələsinin son turunda Xorvatiyaya 0:2 hesabı ilə uduzan Ukrayna millisi 2018-ci ildə Rusiyada keçiriləcək mundialdan kənarda qalıb.