Corc Vea Liberiya prezidenti seçildi

Futbol 12.10.2017 14:42
Corc Vea Liberiya prezidenti seçildi
264 Dəfə oxunub
Əfsanəvi futbolçu Corc Vea Liberiya prezideni seçilib.  “Milan”ın sabiq hücumçusu seçkilərdə əsas rəqibi Joze Bokaya qalib gəlməyi bacarıb.

1987-2003-cü illərdə Liberiya millisində 60 oyunda 22 qola imza atan keçmiş forvard karyerası ərzində “Milan”la yanaşı, “Monako”, PSJ, “Çelsi”, “Mançester Siti” və “Marsel” klublarının da formasını geyinib.

Qeyd edək ki, Corc Vea 1995-ci ildə “Qızıl top” mükafatını qazanıb. O, bu mükafatı qazanan ilk afrikalı futbolçu olmuşdu.