"İnter" "Qarabağ"ı büdrədə biləcəkmi?

Futbol 13.10.2017 11:59
"İnter" "Qarabağ"ı büdrədə biləcəkmi?
294 Dəfə oxunub
Bu gün Topaz Premyer Liqasında 8-ci tura start veriləcək. "İnter Arena"da "İnter" çempionatın lideri "Qarabağ"ı qəbul edəcək.

Zaur Svanadzenin komandası hazırda 8 xalla 5-ci yeri tutur. "İnter"in heyətində kapitan Nizami Hacıyev bu gün komandasına kömək edə bilməyəcək.

Çempionlar Liqasında da mübarizə aparan "Qarabağ"ın bu oyunda bəzi aparıcı futbolçulara istirahət verəcəyi gözlənilir.

Saat 15:30-da başlayacaq oyun CBC Sport-la canlı yayımlanacaq.  Turun digər görüşləri şənbə və bazar günü keçiriləcək.

15:30. “İnter” - “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
“İnter Arena”