Kante "Qarabağ"a qarşı oynamayacaq

Futbol 13.10.2017 14:28
Kante "Qarabağ"a qarşı oynamayacaq
300 Dəfə oxunub
"Çelsi"nin aparıcı futbolçularından biri Nqolo Kantenin zədəsinə aydınlıq gəlib. London klubunun dayaq yarımmüdafiəçisi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Kante Fransa milli komandasının heyətində DÇ-2018-in seçmə mərhələsində Bolqarıstanla matçda zədələnib.

O, qış fasiləsinə qədər Çempionlar Liqasında "Qarabağ", "Roma" və "Atletiko" ilə oyunlarda iştirak etməyəcək.