UEFA 2018-19 mövsümünün ən yaxşı qolunu açıqladı

Futbol 09.08.2019 17:05
UEFA 2018-19 mövsümünün ən yaxşı qolunu açıqladı
402 Dəfə oxunub
UEFA 2018/19 mövsümünün ən yaxşı qolunu açıqlayıb.

Qitə futbol qurumunun saytının verdiyi xəbərə görə, azarkeşlər arasında aparılan sorğunun nəticəsinə əsasən, "Barselona" komandasının hücumçusu Lionel Messinin Çempionlar Liqasının yarımfinalda "Liverpul"a cərimə zərbəsindən vurduğu qol qalib olub.

Messinin bu qolu daha öncə Çempionlar Liqası ilə bağlı aparılan səsvermədə də ən yaxşı seçilib.