APOEL “Qarabağ”la oyun üçün 26 futbolçu gətirdi

Futbol 12.08.2019 15:20
APOEL “Qarabağ”la oyun üçün 26 futbolçu gətirdi
409 Dəfə oxunub
Kiprin APOEL klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi cavab oyunu üçün Bakıya gəlib. Nikosiya təmsilçisinin yeni baş məşqçisi Tomas Doll Bakı səfərinə 26 futbolçu gətirib:

Qapıçılar: 12. Dimitris Priniotakis, 27. Vid Belets, 99. Boy Vaterman;

Müdafiəçilər: 13. Kevin Lafrans, 23. Joaozinyo, 29. Praksitelis Vuros, 30. Georgos Merkis, 34. Lukas Kaloqiru, 44. Nkolas Yannu, 91. Draqan Mihayloviç, 55. Xristos Şelis;

Yarımmüdafiəçilər: 6. Savvas Gentsoğlu, 7. Georgos Efrem, 8. Lukas Souza, 10. Tomas De Vinsenti, 14. Uroş Matiç, 19. Omar Hani, 22. Minas Antoniu, 33. Antreas Makris, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Vidiqal;

Hücumçular: 9. Linus Hallenius, 11. Musa Tamari, 20. Andriya Pavloviç, 89. Roman Bezyak.

“Qarabağ” səfərdə keçirilən ilk oyunda APOEL-i 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və "CBC Sport"la canlı yayımlanacaq.